26 Mart 2017 18:38
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Lənkəran rayonunun Xolmili kəndində gecə saatlarında evə edilən basqın nəticəsində ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi Vahab Səfərov bu gün vəfat edib.

Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, bir neçə gün öncə paytaxt klinikalarının birində müalicə alan həkimə həmkarlarının etdiyi müalicə səmərəsiz olub.

Günorta saatlarında dünyasını dəyişən həkimin cənazəsi bu saatlarda yaşadığı evə gətirilib.
Mərhum bu gün kənd qəbristanlığında dəfn olunacaq.

Ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb və küt alətlə başına zərbələr endirilib. Yaxınları tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasında, sonradan da paytaxt klinikasında edilən müalicələrə baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib. Faktla bağlı Lənkəran şəhər Polis şöbəsində araşdırmalara başlanılıb.


Müəllif:

Oxşar xəbərlər