27 Mart 2017 15:40
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Elman Ağayev ifadə verib.

Elman Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, əməlində heç bir cinayət tərkibi yoxdur.

Proses günün ikinci yarısında davam edəcək.

***

Günün ikinci yarısında 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən Elman Ağayev prokuror və vəkillərin suallarını cavablandırıb.

Daha sonra prosesə sədrlik edən Hakim Zeynal Ağayev bildirib ki, təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Hakim növbəti prosesdə zərərçəkmiş şəxslərin və şahidlərin ifadə verəcəyini söyləyib.

Proses aprelin 3-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər