Saatlı rayonunda evində bıçaq xəsarəti alan qadın xəstəxanaya gətirilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mustafabəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Füruzə Axundova evində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Füruzə Axundova polisə verdiyi izahatında yıxılaraq xəsarət aldığını bildirib. O, qeyd edib ki, əlində bıçaq olan zaman yerə yıxılıb və bu zaman bıçaq onun qarın nahiyəsinə batıb.
Polis qadının ifadəsinin doğru olub-olmamasını yoxlayır.
Sonda baş verən hadisəyə hüquqi qiymət veriləcək. Faktla bağlı araşdırmalar davam edir.
Hacı Zeynalov