28 Mart 2017 14:16
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Sübahir Qurbanovun vəkili Azər Tağıyev vəsatətlə çıxış edib.

Vəkil nüvəkkiliin səhhətində problem olduğunu deyib. Bildirib ki, Sübahir Qurbanovun müalicə və müayinə olunmasına ehtiyac var. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş şəxslərdən Rauf Həsənov ifadə verib. O, qızıl alveri ilə məşğul olduğunu deyib. Bildirib ki, 2010-cu ildə Füzuli Əliyev və Yasin Məmmədov tərəfindən MTN-ə çağrılıb: "Məndən 300 min manat tələb etdilər. Həmin pulu borc taparaq Yasin Məmmədova verdim".

Daha sonra sualları cavablandıran Rauf Həsənov Sübahir Qurbanovu görmədiyini, tanımadığını deyib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər