30 Mart 2017 11:17
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər