Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Sabunçu Telefon Qovşağı “Azərsu” ASC-ni məhkəməyə verib.
Teleqraf.com-un "Report"a istinadla verdiyi məlumata görə, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.
Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Qərardan narazı qalan cavabdeh “Azərsu” ASC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.