Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Manaf Səttarov həbs edilib.
Ondan 450 qram marixuana götürülüb. Manaf Səttarovun əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov