6 Aprel 2017 11:11
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Quliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə Samir Quliyev 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Samir Quliyev Bakıda yerləşən tikinti şirkəti “Dağlar” MTK-da çalışıb. O, vəzifə səlahiyyətlərdən istifadə edib və Bakı sakinlərini mənzillə təmin edəcəyinə vəd verib.

O, həmin şəxsləri aldadaraq külli miqdarda pullarını ayrı-ayrı vaxtlarda ələ keçirib. Samir Quliyev bir mənzili bir neçə şəxsə satıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər