13 Aprel 2017 09:54
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi vəfat edib. Teleqraf.com xəbər verir ki, Çingiz Seyidzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Çingiz Seyidzadə bir müddət əvvəl koma vəziyyətinə düşüb. O, bir aya yaxın müddətdə xəstəxanada həkim nəzarətində saxlanılırdı.

Məlumat üçün bildirək ki, Çingiz Seyidzadə hakim Əlövsət Abbasovun köməkçisi idi. Hakim Əlövsət Abbasov tanınmış hakimlərdən biridir. O, Azərbaycanda bir çox səs-küylü proseslərə sədrlik edib.

Əlövsət Abbasov Daxili İşlər Nazirliyinin baş cinayət axtarış idarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin işini araşdıran hakimlərdən biri olub.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər