Qazax rayonunda dövlətə məxsus idarədən oğurluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Qazax rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Cavid Cəfərov, Ağstafa rayon sakinləri Elvin Məmmədov və Şöhrət Hacıyev tutulub.
Onlar aprelin 13-də Qazax rayon Su-kanal İdarəsinə məxsus 400 manat dəyərində elektrik mühərrikini oğurlamaqda şübhəli biliniblər.
Hacı Zeynalov