Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Yarəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Natiq Yarəliyevin törətdiyi əməlin məhkəmədə sübut olunduğunu bildirib və o8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 24-də davam edəcək.
İttihama görə, Natiq Yarəliyev Vəkillər Kollegiyasının üzvü olduğunu və bir nəfərin həbsdən azad edilməsinə köməklik göstərəcəyin bildirib.
O, həmin şəxsin qohumlarından 35 min manat aksa da, vədinə əməl etməyib.
Hacı Zeynalov