Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıbQəsəbə sakini, 1975-ci il təvəllüdlü Zaur Hacıyev yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Daha bir intihar hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbə sakini Deremov Vyaçeslav Vladimiroviç özünü yaşadığı evdə asaraq ölüb.
Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. Rayonun Zığ yolu, ev 40, mənzil 83 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Emil Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib. Emil Hacıyevin üç uşaq atası olduğu bildirilir.
Qəbələ rayonunda da intihar hadisəsi baş verib. Hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Sarvan Davudov yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü ölüm həddinə çatdırma) cinayət işi başlanıb.
İstintaq gedir.
Hacı Zeynalov