18 Aprel 2017 16:46
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə isintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Elyar Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. 1976-cı il təvəllüdlü Elyar Bayramov idarə etdiyi “Wolskvagen Passat” markalı avtomobillə 1983-cü il təvəllüdlü Elnur Məmmədovun idarə etdiyi “VAZ-21102” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Arifə Məmmədova, 1979-cu il təvəllüdlü Şəfəq Quliyeva, 1973-cü il təvəllüdlü Akif Qasımov, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Ramil Rəhimov hadisə yerində ölüblər.

“Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Elçin Bayramov xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, Elçin Bayramovu xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Elyar Bayramov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər