Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə təqsirləndirilən Emin Məmmədovun vəkilləri - İmaməli Əsgərov və Vüqar Xasayev gəlməyib.
Bildirilib ki, hər iki vəkilin qohumu rəhmətə gedib, onlar yas yerindədirlər. Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev Emin Məmmədova yeni vəkil təyin olunmasını təklif edib. Hakim prosesə qısa fasilə verib.
Fasilədən sonra hakim bildirib ki, Vəkillər Kollegiyası ilə əlaqə saxlayıb: "İki vəkildən biri tapılmalıdır. Saat 2-yə qədər prosesdə fasilə elan edilir".
Proses günün ikinci yarısında davam edəcək.
***
Məhkəmə günin ikici yarısında da baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, Emin Məmmədovun vəkilləri məhkəməyə gəlməyib. Proses aprelin 28-ə təyin edilib.
Hacı Zeynalov