Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Münsif Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbsə alınıb.
Məlumat üçün bildirək ki, Münsif Qasımov barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, ev dustaqlığında idi.
İttihama görə, tərəflər arasında sonu qanla bitən hadisə söyüş üstündə baş verib. 35 yaşlı Rəşad Rzayev özündən 20 yaş kiçik Münsifə ana söyüşü söyüb. Özündən çıxan Münsif bıçaq götürərək Rəşad Rzayevin evinə gedib. Onu həyətə çağırıb və kürək nahiyəsinə 4 bıçaq zərbəsi endirib.
Qanlı hadisənin baş verməsinə səbəb Münsifin məktəbdə şagirdlərlə arasında olan mübahisəyə Rəşad Rzayevin müdaxiləsi və sonda Münsifi təhqir etməsi olub.
Rəşad Rzayev onu bıçaqlayan şəxsdən şikayətçi olmasa da onun anası Münsif Qasımovun ailəsindən dəymiş zərərə görə 4 min manat tələb edir.
Hacı Zeynalov