2 May 2017 18:29
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nizami Quliyev ifadə verib.

O, ifadəsində hər hansı şikayət və tələbinin olmadığını deyib. Bildirib ki, MTN-də hər hansı təzyiqə məruz qalmayıb.

Daha sonra zərərçəkmiş Rahib Əmiraslanov ifadə verib. O da şikayətinin olmadığını deyib. Bildirib ki, MTN-də hər hansı pis rəftarla qarşılaşmayıb. Digər zərərçəkmiş Anar Bəylərov da analoji ifadə verib.

Növbəti proses mayın 4-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər