Teleqraf.com xəbər verir ki, Balakən rayon polis şöbəsi əməkdaşları Sarıbulaq kənd sakini Sədrəddin Musayevi həbs ediblər. Ona məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 35 ədəd çətənə kolu və 7 kiloqram 210 qram marixuana aşkar edilib.
Sədrəddin Musayevin əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov