Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki otellərdən birinin kassasından 1760 manat pul oğurlanması barədə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərid Zeynallı tutulub.
Fərid Zeynallı həmin otelin işçisi olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov