10 May 2017 14:42
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama) maddəsi üzrə ittihama xitam verib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Əkbərova 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. Vətəndaşları işə düzəltmək adı ilə aldadan Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilirdi.

O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər