Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki apteklərdən birindən 20 manat, habelə orada quraşdırılan “Milli Ön” ödəmə terminalından 1000 manat pul oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Süleymanov tutulub.
Cinayətin daha 1 iştirakçısı müəyyən edilib. Onun tutulması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov