Teleqraf.com xəbər verir ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermalardan birindən 31 baş qoyun oğurlamaqda şübhəli bilinən Xosrov kənd sakinləri Ədalət Quliyev, Murad Cabbarov və qardaşı Pərviz Cabbarov tutulublar.
Murad Cabbarovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2015-ci ilin iyun ayında Külkəl kəndi ərazisində Mingəçevir Regional Elektrik Şəbəkəsinə məxsus Qəbələ hava xəttinin alüminiumdan olan 20 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.