Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 660 m2 olan tikilinin tavan hissəsi 5 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.