Teleqraf.com xəbər verir ki, rayon ərazisində yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Beyləqan rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən "İJ" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov