Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hülövlü kəndində qeydə alınıb.
Kənd sakini Məsumə Qasımovanın evinə açıq qalmış qapıdan girən naməlum şəxslər onu bıçaqla hədələyərək pul verməsini tələb edib.
Ev sahibi pulunun olmadığını bildirdikdə isə onlar hadisə yerini tərk ediblər.
Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Vüqar Sadıqov və Taleh Cavadov müəyyən edilərək tutulublar.
Hər iki şəxsin əvvəllər məhkum olunduğu bildirilir.
Hacı Zeynalov