4 İyul 2017 11:35
600

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzindəki parklardan birində 1980-cı il təvəllüdlü Nahid Salmanov naməlum şəraitdə bıçaqlanıb.

O, bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, Nahid Salmanovu tanışı bıçaqlayıb. Cinayəti törədən Qalib adlı şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov