8 İyul 2017 21:49
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Qobustan Həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə qərarından şikayət verib.

Teleqraf.com xəbər verir ki, həbsdə olan partiya sədrinin 12 saylı müəssisədən üç il müddətinə həbsxana rejiminə keçirilməsindən ötrü rəisin təqdimatına baxılıb.

Məhkəmə rəisin təqdimatını təmin edib və Mövsüm Səmədovun 3 il müddətinə Qobustan həbsxanasına köçürülməsi barədə təqdimatı təmin edib.

Bu qərardan Mövsüm Səmədov və vəkili apelyasiya şikayəti verib. Onların şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayəti hakim Vüqar Məmmədovun icraatına verilib. İlkin baxış iclası iyulun 10-a təyin edilib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin ilahiyyatçı ilə bağlı 14 iyun 2017-ci il tarixli qərarından verilib. Qərara əsasən, Mövsüm Səmədovun cəza rejimi üç il müddətinə dəyişdirilib.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il həbs cəzası alıb.


Müəllif: Hacı

Oxşar xəbərlər