17 İyul 2017 11:18
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Bülbülə qəsəbəsində 1987-ci il təvəllüdlü Vasif Əhmədov yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülüb. Onun bir neçə nəfərlə mübahisə etdiyi, mübahisə zəminində bıçaqla vurulduğu bildirilir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər