Teleqraf.com xəbər verir ki, Qəbələ rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakini Ataman Hacıyev həbs edilib.
Ondan 1,2 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 552 qram marixuana, həyətyanı sahəsindən isə 76 ədəd çətənə kolu aşkar edilib.