Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
"Vosmoy" bazarı epizodu üzrə bazarın təsisçisi olan "Maral Veqa" şirkətinə məxsus sənədlər elan edilib. Həmin sənədlərlə bağlı müzakirələr aparılıb.
Proses günün ikinci yarısında davam edəcək.