Teleqraf.com xəbər verir ki, hadisə iyulun 28-də saat 4.00 radələrində rayonunun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.
Naməlum şəxs qəsəbə sakini olan qadını (E.U.) döyüb, içərisində 100 manatı, kosmetik əşyaları olan çantası və mobil telefonunu alıb.
Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşları soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutublar.
Məlumata görə, Təvəkkül Məhərrəmov E. U. ilə cinsi əlaqədə olmaq üçün gecə yarısı görüşüb. O, qadınla intim əlaqədə olandan sonra onu döyərək qarət edib.
Faktla bağlı cinayət işi başlanıb.