Teleqraf.com xəbər verir ki, rayon sakini Mahir Allahverdiyev arvadı Diləfruz Allahverdiyeva ilə mübahisə edib. Alilə münaqişəsi zəminində yaranan mübahisə zamanı Mahir Allahverdiyev odun doğramaq üçün götürdüyü balta ilə arvadina bir neçə zərbə vurub.
Ağır xəsarət alan Diləfruz Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstəriıib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb.