Hadisə şəhərin 18-ci mikrorayon, ev 25v, mənzil 30-da qeydə alınıb.
Məlumatlara görə, evi talan edilən Sumqayıt şəhər Vərəm Əleyhinə Dispanserin baş həkimi Asif Quliyev olub.
Oğurluq zamanı baş həkimin ailəsi evdə olmayıb. Mənzili qarət etməyə gələnlər kitablara qədər hər əşyanı ələk-vələk ediblər. Baş həkim olduğundan oğrular onun evində qızıl və ya çoxlu pul olacağını düşünüblər.
Evdə qiymətli əşya tapmayan oğrular Asif Quliyevin mənzilinin altını-üstünə çeviriblər və ov tüfəngini aparıblar.
Asif Quliyev məsələ ilə bağlı bunları deyib: "Mənzilimə oğurluğa gələnlər eyvanın dəmir barmaqlıqlarını kəsərək içəri giriblər. Evi alt-üst etdikdən sonra dəyərli bir şey tapmadıqlarına görə, ov tüfəngini oğurlayıb aparıblar. Hadisə ilə bağlı dərhal polisə məlumat verdim".
Faktla bağlı Sumqayıt polisi tərəfindən araşdırma aparılır. /xeberle.com/