Teleqraf.com xəbər verir ki, Kamran Kərimli xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
İstintaqa ifadə verən Kamran Kərimli bildirib ki, kafedə pivə içəndən sonra üç nəfər tanımadığı şəxslə mübahisə edib. Həmin şəxslər Kamran Kərimlini döyüblər və daha sonra bıçaqla ona xəsarət yetiriblər.
Faktla bağlı cinayət işi başlanıb.