Teleqraf.com xəbər verir ki, rayonun Quşçuluq massivi-2 ünvanında 1982-ci il təvəllüdlü Sadiq İsmayılov bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Sadiq İsmayılovun həyatını xilas etmək mümkün olub.
Sadiq İsmayılov həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Bildirilir ki, Sadiq İsmayılovun həyat yoldaşı müğənni olmaq həvəsinə düşüb. Bu mövzuda ər-arvad arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.
Məlumata görə, Sadiq İsmayılov əlildir.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.