Penitensiar xidmətin Baş idarəsi və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, həbs edilən Soltan Qəmbərova dostu, Masazır qəsəbə sakini Ramil Dəmirov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Meyvə şirəsi qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdən çəkisi 1.500 qram olan narkotik maddə - heroin aşkar edilib.
Soltan Qəmbərov Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq) maddələri ilə təqsirli bilinir.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xəzər Rayon Polis İdarəsinə göndərilib.