23 Avqust 2017 15:19
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqı yekunlaşıb, çıxış üçün söz dövlət ittihamçısına verilib.

Prokuror Qədəm Tanrıverdiyevanın 10 il 6 ay, oğlu Nadir Tanrıverdiyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses avqustun 30-da davam edəcək.

İttihama görə, Qədəm Tanrıverdiyeva əvvəllər də dələduzluqda ittiham olunub və həbs edilib. O, 2014-cü ildə dələduzluq etdiyi üçün həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.

Həbsdən çıxan Qədəm Tanrıverdiyeva növbəti dəfə dələduzluq ittihamı ilə həbs edilib. Məlum olub ki, dələduzluq işində oğlu Nadirin də əli var. Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədiblər.

Onlar zərərçəkmişlərin şikayəti əsasında həbs ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər