Xırdalan şəhərindəki evlərdən birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, yaşayış evinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib. O, pul və qızıl əşyalar tələb edib.
Səs-küy yarandığından həmin şəxs istədiyinə nail ola bilməyib və oradan qaçıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.