26 Avqust 2017 13:10
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, rayonun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazisində yaşayan Məmməd Sərxanovun evinə basqın edilib.

Basqın edən naməlum şəxs Məmməd Sərxanovun başına taxta patçası ilə vuraraq öldürüb, ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib.

Məqsədinə çata bilməyən həmin şəxs Zeynəb Sərxanovaya xəsarət yetirib və hadisə yerindən qaçıb.

Zeynəb Sərxanova xəstəxanaya yerləşdirilib, onun vəziyyətin ağır olduğu bildirilir.

Keçirilən əməliyyat nəticəsində hadisəni törədənin kimliyi müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Maqsud Əliyev həbs edilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Maqsud Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər