Bakının Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbəк verir ki, Bülbülə qəsəbəsində 21 yaşlı Kamran Məmmədov tanımadığı şəxsin hücumuna məruz qalıb.
Naməlum şəxs Kamran Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetiririb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bülbülə sakini Faiq Davudov tutulub.
Faiq Davudovun ruhi xəstə, Kamran Məmmədovun isə dindar olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.