3 Sentyabr 2017 12:56
2 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq edən keçmiş məhkum yaxalanıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 1-nə keçən gecə rayonun Qədirbəyov küçəsindəki evlərdən birinin qarşısından məişət əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsini 18-ci polis bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Razi Qaraşov tutulub.

Razi Qaraşovun əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov