Abşeron rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, ərazisindəki evlərdən birindən 3200 manat və qızıl əşyalar oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Qadir Əliyev tutulub.
İstintaq araşdırması zamanı Qadir Əliyevin əvvəllər məhkum olunduğu da üzə çıxıb. Onun mayın 20-də rayon ərazisində 1 mağazadan tütün məmulatı və danışıq kartları oğurlaması müəyyən edilib.