Gəncə şəhərində silsilə oğurluq hadisələri törədən keçmiş məhkumun tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Mürşüd Hümbətov tutulub.
Onun cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlaması üzə çıxıb.
Mürşüd Hümbətov əvvəllər məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.