21 Sentyabr 2017 12:46
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:05

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə intihar edən MTN polkovniki Malik Mustafayevin epizodu üzrə Əbülfət Məmmədov ifadə verib.

O bildirib ki, Malik Mustafayevlə dost olub, onunla birlikdə məclislərə gediblər:

"Bir gün Maliklə görüşəndə bildirdi ki, qardaşım Mətləbi tutublar, rəisim Elçin Quliyev Əli müəllimin (MTN-də naziri müavini Əli Nağıyevdən söhbət gedir -red.) əleyhinə ondan ifadə almaq istəyir".

***

12:33

Əbülfət Məmmədov ifadəsində qeyd edib ki, intihar eləməmişdən bir gün Malik Mustafayevlə birlikdə restoranda olublar:

"Mən Malikə içki içməyi təklif etdim, o isə içki içmədi, özünü pis hiss etdiyini bildirdi. Uzun müddət, evdən çölə çıxmırdı. Yaşamaq istəmədiyini bildirirdi. Mən də ona təskinlik verirdim, qeyd edirdim ki, silahdı, qardaşın üstünə götürsün, uzağı bir ilə çıxar. Malik dedi ki, bu işdə silah söhbıti yoxdur, başqa söhbətlər var. Səhəri gün Malik intihar elədi. Evimdən çıxan məktubda qeyd oıunmuşdu ki, ölümünə heç kim səbəbkar deyil, özüm intihar etmişəm".

Təqsirləndirilən Elçin Quliyev bildirib ki, o, Malik Mustafayevin rəisi olmayıb: "Bu şahid mənim adımı prokurorluqda verdiyi ifadəsində çəkməyib. Sonradan könüllü istintaqa gəlib, ifadə verib. Malik Mustafayev intihar edəndən sonra Xətai rayon Prokurorluğunda istintaq aparılıb, cinayət tərkibi olmadığı üçqn işə xitam verilib. Bu müddət ərzində Malik Mustafayevin yaxın dostu kimi bu şahid istintaq cəlb olunmayıb.

Mətləb Mustafayev həbsdən çıxandan sonra bu şahid də meydana çıxıb. İndi bu şahiddən soruşmaq istıyirəm ki, bu müddət ərzində harada olub, bəlkə MTN tərəfindən təzyiq edibilər, bəlkə başının kəsmək istəyiblər. Elçin və yaxud Məmmədtağı təzyiq edib? Bu məsələni izah etməsini xahiş edirəm".

Şahid generalın çıxışna belə cavab verib: "İstintaqda özbaşına ifadə verməmişəm. Müstəntiq məni dəvət edib. Mən də ifadə vermişəm. İndi burada baş kəsməkdən danışırlar, o qədər baş kəsibsən ki, ancaq baş kəsməkdən danışırsan. Əli Nağıyevi şəxsən tanımıram. Malikdən eşitmişəm ki, Əli müəllim MTN-də işləyib".

Digər şahid Nadir Mədətov bildirib ki, 7 saylı Notorial Kontorda natarius işləyib. O bildirib ki, iş adamı Ələsgər Əliyevun epizodu üzrə dindirilib. Onun sözlərin görə, alqı-satqı işi ilə bağlı müraciət olunub, hüquqi sənədlər əsasında torpaq alqı-satqısı həayata keçirilib.

Elçin Quliyev bildirib ki, bura gəlınlər öyrədiliblər. Zərərçəkmiş Maqsud Mahmudov buna etiraz edib. O, generalla mübahisə edib: "Elçin Quliyev kimi quldur generallar MTN-i dağıtdılar".

Elçin Quıiyev zərərçıkmişləri dələduz adlandırıb, bildirib ki, prokurorluğun sifarişi ilə burada danışırlar. O, deyib ki, burada olan zərərçıkmişlər biğ altında yatanlardır.

Maqsud Mahmudov Elçin Quliyevə şərəfsiz olduğunu deyib.

Növbəti proses sentyabrın 22-nə təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər