22 Sentyabr 2017 11:48
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyevin müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqılığına buraxılması barədə vəsatətini Nəsimi Rayon Məhkəməsi təmin etməyib.

Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Baki şəhərində Arif Alışanovun külli miqdarda əmlakını ələ keşirmək və ona qarşı sui-qəsd hazirlamaq məqsədi ilə mütəşəkkil dəstə yaradıb.

O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.

Şücayət Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmamaq və özünün dələduzluq əməlini gizlətmək məqsədi ilə yaxın münasibətdə olduğu Musabi Namazov, Qoçalı Cəbiyev və Zöhrab Şirinovla birlikdə Arif Alışanovu öldürmək barədə razılığa gəlib. O, mütəşəkkil dəstədə birləşərək törədiləcək cinayət əməlinin planını hazırlayıb vaxtını, yerini, üsulunu, dəstə üzvlərinə ödəniləcək pul vəsaitinin məbləğlərini müəyyənləşdirməklə, həmçinin onları silahla təchiz etməklə mütəşəkkil dəstəyə rəhbərliyi həyata keçirib.

Şücayət Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

Daha sonra Şücayət Əkbərov 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürmək sifarişini verib. Lakin sonradan dəstə üzvü M.Namazov cinayətdən könüllü imtina edib.

Bundan sonra Şücayət Əkbərov 2016-cı ilin dekabr ayında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yeni tapşırıq verib. Q.Cəbiyev isə əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanov, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu, Hacı Babayevin idarə etdiyi “Toyota land Cruiser” avtomaşını Çuxuryurd-Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumat verib.

Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb. Z.Şirinov Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

Daha sonra, Şücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini - 3 min manat pul vəsaitini 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi olan dövr ərzində müxtəlif tarixlərdə hissə-hissə Z.Şirinova verib. Şücayət Əkbərov 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib. Yenə onların istəkləri baş tutmatıb.

Şücayət Əkbərov sürücüsü Hüseynov Aqşin Tarix oğlu və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə cinayətin aləti olan AKS-74U Kalaşnikov avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən Arif Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

Daha sonra M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.
Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərova və digər təqsirləndirilən şəzslərə Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham olunub.

Şücayət Əkbərov ifadəsində göstərib ki, o, ehtimal edilən cinayət əməlini törətməyib: "Bu ittihamlar qərəzli, sifarişlı olmaqla onun əmlakını ələ keçirmək məqsədi ilə Arif Alışanov və sürücüsü Hacı Babayev və Namazov Müsabi tərəfindən təşkil edilib. Hacı Babayev məni Arif Alışanovun gözündən salıb onun biznesindən kənarlaşdırmaq və bu biznesdə əsas adam olmaq məsədi ilə sünü sürətdə M.Namazovla birlikdə bu cinayət hadisəsini quraşdırıblar. Hacı Babayev tərəfindən quraşdırılmış cinayətdə M.Namazov əsas iştirakçı və təhrikçidir. Hər iki şəxs çox asanlıqla istintaq orqanını və Arif Alışanovu aldadıblar.

Alışanovla yaxşı münasibətim olub. Biznesdən yaxşı pul qazanmışıq. Alışanovun ölümü ilə mən bu gəlirdən məhrum olurdum. Alışanovun milyonlarla dəyəri olan aldığı bütün əmlaklar mənim adıma deyil, Hacı Babayevə etibarnamə və çıxarışlarla məxsus olub. Arif Alışanov ölsəydi, onun aldığı əmlakların hamısı Hacı Babayevin mülküyyətində qalmış olurdu".


Müəllif: Hacı Zeyanlov