26 Sentyabr 2017 13:20
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ceyhun Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hüseynağa Əsədov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və şərti cəza təyin edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Ceyhun Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə 80 yaşlı Hüseynağa Əsədov zamində idi.

Hüseynağa Əsədov Odlar Yurdu Universitetinin professoru olub və orada dərs deyib. Sonradan isə təqaüdə çıxıb.

Təqsirləndirilən şəxslər universitetə tələbə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirli biliniblər.


Müəllif: Hacı Zeyanlov

Oxşar xəbərlər