10 yaşlı qızı zorlayan 50 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Rusiyanın Kostroma şəhərində baş verib.
Faktla bağlı polisə azyaşlının anası müraciət edib. Olayın detalları açıqlanmır.
Hazırda ona qarşı yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etmə maddəsi ilə ittiham irəli sürülüb.