27 Sentyabr 2017 12:46
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsində 1976-cı il təvəllüdlü Elyar Süleymanov həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elnarə Süleymanovanı bıçaqlayıb.

Məlumata görə, hadisə qisqanclıq zəminində baş verib.

Sentyabrın 26-da axşam saatlarında Elyar Süleymanov həyat yoldaşını yad maşından düşən görüb. Bu səbəbdən o, küçənin ortasında arvadı ilə mübahisə edib.

Ər-arvadın mübahisəsi sonda qanlı olayla nəticələnib. Elyar arvadına 8 bıçaq zərbəsi vurub. Elnarə Süleymanova xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğum bildirilir.

Cinayəti törədən Elyar Süleymanov saxlanılıb.

Qısqanclıq zəminində daha bir cinayət hadisəsi Sabirabad rayonunda baş verib. Rayon sakini, 1980-ci il təvəllüdlü Mətanət Səmədova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Nazim Səmədov tərəfindən bıçaqlanıb.

12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

Cinayəti törədən Nazim Səmədov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.

Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər