Beyləqan rayonunun 2-ci Şahsevən kəndində 1989-cu il təvəllüdlü Rəfi Zeyniyev 1984-cü il təvəllüdlü həmkəndlisi Əlizamin Xudaverdiyevə 18 bıçaq zərbəsi vuraraq onu öldürmək istəyib.
Teleqraf.com xəbər verir ki, Əlizamin Xudaverdiyev xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Polis və prokurorluq əməkdaşları Rəfi Zeyniyevi həbs edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.