28 Sentyabr 2017 16:06
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən şəhər sakini Sədaqət Əvəzovanı dələduzluq yolu ilə aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.

Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habillə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov