Bakının Sabunçu rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində evlərin birindən 1000 manat pul və 10 min manat dəyərində qızıl əşyalar oğurlanması barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Mürbətov tutulub.